2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan startapı dünyanın nüfuzlu təhsil layihələri yarışmasında

Bu yaxınlarda keçirilən dünyanın ən böyük startap müsabiqələrindən olan Qlobal Təhsil Startapı Yarışmasında (“Global EdTech Startups Awards” (GESA və ya GESAwards)) final mərhələsinə seçilən layihələr arasında Azərbaycanın “Unibroad” təhsil startapı da var.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, “GESAwards” 2014-cü ildən qabaqcıl innovativ təhsil təşkilatları tərəfindən təsis olunan mükafatdır. Hər il bu mükafata dünyanın bütün qitələrindən 2000-dən çox layihə təqdim olunur və hər regiondan yalnız bir qalib final mərhələsinə vəsiqə qazanır. Müsabiqənin final mərhələsi 2024-cü ilin 24 yanvar tarixində Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək. Məhdud sayda finalçı arasından seçiləcək 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri layihələrini maliyyələşdirmək üçün yüksək məbləğdə pul mükafatı, tanıtım və təlimlər istiqamətində dəstək əldə edəcək.

Qeyd edək ki, “Unibroad” təhsil startapına 2021-ci ildə KOBİA tərəfindən “Startap” şəhadətnaməsi verilib. Bu sənəd startapı müvafiq layihə üzrə əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. “Unibroad” təhsil startapı dünyanın 600-dən çox tanınmış qabaqcıl universitetləri ilə birbaşa müqaviləsi olan və tam avtomatlaşdırılmış bir platformadır. Bu təhsil platforması vasitəsilə gənclər ödənişsiz olaraq bakalavr və magistr dərəcələri üzrə təhsil proqramlarına 5 dəqiqə ərzində müraciət edə bilirlər. Startap gənclər üçün təqaüd proqramları da formalaşdırmaqdadır. “Unibroad” təhsil platforması patentləşdirilmiş və qlobal bazarda fəaliyyət göstərməkdədir.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?