11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkətlərinin Saratova biznes-missiyası təşkil edilib

Azərbaycan nümayəndə heyəti biznes-missiya çərçivəsində Rusiya Federasiyasının Saratov vilayətinə səfər edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə vilayətin rəsmi mətbuatı Saratovun İqtisadi İnkişaf Nazirliyinə istinadən yazır.

Bildirilir ki, biznes-missiyanın məqsədi regional müəssisələrlə danışıqlar aparmaq və ixrac müqavilələri bağlamaqdır.
Nümayəndə heyətinin tərkibinə geniş çeşiddə malların topdan və pərakəndə satışı, baytarlıq preparatlarının və heyvanlar üçün məhsulların satışı, taxıl anbarı xidmətləri, hidroizolyasiya işləri və hidrotexniki qurğuların satışı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri daxildir.

Vilayətin İqtisadi İnkişaf Nazirliyi, Ticarət-Sənaye Palatasının nümayəndələri və Saratov şəhəri sahibkarlarının iştirakı ilə keçirilən rəsmi görüş çərçivəsində Azərbaycan sahibkarları ilə məhsulun respublika bazarına çıxarılmasında maraqlı olan Saratov şirkətlərinin nümayəndələri arasında danışıqlar aparılıb. Həmçinin, nümayəndə heyətinin səfər proqramı çərçivəsində regional şirkətlərin istehsalat sahələrinə səfərlər təşkil olunub.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?