18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının 2-ci iclası keçirilib

Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının 2-ci iclasında gündəlikdə duran təşkilati-hüquqi məsələlər müzakirə edilib.

Noyabrın 23-də Bakıda Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Şuranın 2-ci iclası keçirilib.

İclasda Azərbaycan və Qırğızıstan arasında sıx iqtisadi əlaqələrin inkişafı, o cümlədən iri investisiya layihələrinin birgə həyata keçirilməsi və ölkələrimizin ixrac-idxal potensialından daha səmərəli istifadə üçün Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun səmərəli mexanizm olacağı qeyd edilib. Bildirilib ki, iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılan Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatıracaq. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verəcək.

Qeyd edilib ki, Şuranın 27 iyul tarixində Qırğızıstanın Çolpon Ata şəhərində keçirilmiş ilk iclasından ötən müddət ərzində Fondun Şurası və Fondun İdarə Heyəti haqqında Əsasnamələr də daxil olmaqla gündəlikdə duran bir sıra texniki məsələlər razılaşdırılıb.

İclasda Şura üzvləri gündəlikdə duran məsələlər, o cümlədən təşkilati-hüquqi məsələləri müzakirə ediblər.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?