17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar üçün “Biznes etikası və şəffaflıq” mövzusunda təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Azercell Telekom” MMC-nin “Azercell Academy” qrupunun birgə təşkilatçılığı ilə sahibkarlar, biznes assosiasiyalar və Agentlik əməkdaşları üçün “Biznes etikası və şəffaflıq” mövzusunda məlumatlandırıcı təlim keçirilib.

Təlimdə sahibkarlıq mühitində biznes etikası, bu sahədə beynəlxalq standartlar, şəffaflıq yanaşmaları, eləcə də antikorrupsiya davranış tərzlərinin təşviqi ilə bağlı zəruri informasiyalar iştirakçıların diqqətinə çatdırılıb. Təlim iştirakçıları, həmçinin, maraqlar toqquşması, korporativ səviyyədə korrupsiyaya qarşı mübarizə sistemləri barədə məlumatlandırılıb.

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun özəl sektorda antikorrupsiya yanaşmalarının təşviqi ilə bağlı maarifləndirmə təşəbbüsü çərçivəsində təşkil edilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?