15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan sementin istehsal və ixracını artırıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 3 075,1 min ton həcmində sement istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 2,9 faiz və ya 87,4 min ton üstələyir.

Cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 6,1 faiz və ya 19,6 min ton artım qeydə alınıb. Oktyabr ayında 341,2 min ton sement istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 63 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 10 ayında ölkədən 40,7 milyon ABŞ dolları dəyərində 712,4 min tondan çox hazır və ya klinker formasında sement ixrac edilib. Bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 50,5 faiz və ya 13,67 milyon dollar, həcm baxımından isə 23,7 faiz və ya 136,39 min ton çoxdur.

2023-cü ilin ilk 10 ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,14 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,5 faizə bərabər olub.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?