26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orenburq sahibkarlarının ölkəmizə biznes-missiyası təşkil olunub

Rusiya Federasiyasının Orenburq vilayətindən olan sahibkarların iştirakı ilə Azərbaycana biznes-missiya təşkil olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Orenburq hökumətinin yaydığı məlumata istinadən xəbər verir ki, nümayəndə heyətinə neft və qaz hasilatı üçün avadanlıqların, bal və bal tərkibli məhsulların, həmçinin süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən üç şirkət daxildir.

Missiyanın nəticəsi olaraq “Azneftemaş” Orenburqun “Texnoprom” müəssisəsi tərəfindən bağlama klapanlarının tədarükünə maraq göstərib. Hazırda məhsulların texniki xüsusiyyətləri müzakirə olunur.

“A7 Agro” və “Musikhin World of Honey” müəssisələri isə Azərbaycanın iri pərakəndə satış şəbəkələrində süd və bal məhsullarını tədarük etmək niyyətindədirlər.

Qeyd olunur ki, son beş ildə Orenburq vilayəti ilə Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi 5,8 dəfə artıb. Əsas ixrac malları neft məhsulları və günəbaxan yağıdır. Azərbaycan bazarına buğda, elektrotexniki avadanlıqlar, qeyri-üzvi kimya məhsulları və plastik məmulatlar da ixrac olunur.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?