14 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 8 KOB subyektinə onları innovativ layihələrindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 118-ə çatıb.

“Startap” şəhadətnamələri "Smartpost" MMC-nin ağıllı poçt qutularının istehsalı və istismarı, fiziki şəxs Davud İbrahimlinin onlayn mağazası (marketpleys), "Snackpack" MMC-nin “Axşam bazarı” mobil tətbiqi, “Helind Enerji” MMC-nin telemetrik və enerji sistemləri üçün data loqer cihazının istehsalı və satışı, "Vvegros Azerbaijan" MMC-nin icma əsaslı onlayn alış-veriş platforması, fiziki şəxs Malik Sultanovun kənd təsərrüfatı üçün torpaqda nəm tutucu materialın istehsalı və satışı, "Bonpara” MMC-nin maddi dəstək və abunə haqlarının (ödənişlərin) toplanılması funksiyalı e-ticarət platforması və "Puzzle Tech" MMC-nin tələbələr üçün endirim platforması layihələri üçün təqdim edilib.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlar barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: https://bit.ly/3dETJqw

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?