23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dəniz nəqliyyatı ilə yükdaşımalar 20 faizdən çox artıb

Dəniz nəqliyyatı ilə yükdaşımalar 20 faizdən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 7 651,1 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 21,1 faiz üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, yüklərin 55,6 faizini neft yükləri təşkil edib.

Hesabat dövründə dəniz limanları tərəfindən 11 157,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 9 221,1 min tonunu və ya 82,6 faizi tranzit yüklərin payına düşüb. Cari ilin noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 366,7 min ton təşkil edib.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 2022-ci ilin 10 ayının göstəricisinə nisbətdə 13,6 faiz artaraq 20,1 min nəfər olub.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması