9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
On ayda 307 ədəd yük avtomobili istehsal olunub

On ayda 307 ədəd yük avtomobili istehsal olunub

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 307 ədəd yük avtomobili istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 12,5 faiz və ya 38 ədəd artıb.

Təkcə oktyabr ayı ərzində ölkədə 22 yük avtomobili istehsal olunub ki, bu da sentyabr ayına nisbətdə 57,1 faiz və ya 8 ədəd çoxdur. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 1 avtomobil təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 10 ayında ölkəyə 90,1 milyon ABŞ dolları dəyərində 5756 ədəd yük avtomobili idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin dəyəri 9,4 faiz və ya 7,7 milyon dollar, sayı isə 40,9 faiz və ya 1672 ədəd artıb.

Təkcə cari ilin oktyabr ayında ölkəyə 11 milyon dollar dəyərində 694 ədəd yük avtomobili idxal edilib ki, bu da sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 34 faiz və ya 2,79 milyon dollar, say olaraq isə 19,9 faiz və ya 115 ədəd çoxdur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?