4 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu keçiriləcək

Noyabrın 27-28-də Aşqabadda Azərbaycan-Türkmənistan biznes-forumu və Hökumətlərarası Komissiyanın yeddinci iclası keçiriləcək.

Bu barədə Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyanın həmsədri-Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, biznes-forumda neft-qaz sənayesi, toxuculuq sektoru, kənd təsərrüfatı və qida məhsullarının, tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, nəqliyyat-logistika, informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edəcəklər.

B.Atdayev qeyd edib ki, biznes-forumda Türkmənistanın işgüzar dairələrinin nümayəndələri ilə Azərbaycan şirkətləri arasında bir sıra ikitərəfli görüşlər keçiriləcək, əməkdaşlığın yeni istiqamətləri müzakirə olunacaq. Hökumətlərarası Komissiyanın iclası çərçivəsində müvafiq sənədlərin imzalanması da gözlənilir.

AZƏRTAC

VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?