17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyənləşib

Bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, aparılan təhlil və simulyasiyaların nəticələri nəzərə alınmaqla, məcburi ehtiyat normaları milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılıb.

Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib.

Qaydalarda dəyişikliklərin tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi (cbar.az) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (https://e-qanun.az/framework/55583) yerləşdirilib.

Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər. Yeni normalar tətbiq edilənədək banklar məcburi ehtiyatları mövcud normalara uyğun olaraq saxlamalıdırlar.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?