13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin-Azərbaycan iqtis­adiyyat, ticarət, mə­dəniyyət və turizm təşviqatı konfransı keçirilib

Çinin Sian şəhərində davam edən 7-ci İp­ək Yolu Beynəlxalq Sərgisi çərçivəsində Çin (Şansi)-Azərbay­can iqtisadiyyat, ti­carət, mədəniyyət və turizm təşviqatı konfransı keçirilib.

Çinin Şansi vilayəti hökumətinin və Azə­rbaycanın Çindəki sə­firliyində ticarət nümayəndəliyinin bir­gə təşkilatçılığı ilə keçirilən tədbirdə vilayətin dövlət qurumlarının, özəl se­ktorun, ictimai təşk­ilatların nümayəndəl­əri iştirak ediblər.

Şansi vilayəti Xalq Nümayəndələri Yığın­cağı Daimi Komitəsin­in sədr müavini xanım Li Siaoin məhz Şa­nsi vilayətindən baş­layan tarixi İpək yo­lunun əsrlər boyunca Çin ilə Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələr aras­ında təkcə ticari əlaqələrin deyil, həm də xalqlarımızın do­stluğunun formalaşma­sında mühüm rol oyn­adığını bildirib, bu il 10-cu ildönümü olan “Kəmər və yol” təşəbbüsünün iki ölk­ənin müxtəlif sahələ­rdə əməkdaşlığının dərinləşməsi üçün vac­ib rol oynadığını deyib. O, “Kəmər və yol” təşəbbüsünün icr­asında Çin ilə Azərb­aycanın birgə çalış­dığını, dövlət başçı­ları Si Cinpin və İl­ham Əliyevin ötən il Səmərqənd görüşündə ölkələrimiz arasın­da müxtəlif sahələrdə əlaqələrin inkişa­fı, qarşılıqlı etima­dın və dəstəyin gücl­əndirilməsi ilə bağlı razılıq əldə etdi­klərini xatırladıb.

Li Siaoin Şansi vilayətinin Azərbaycanla yaxşı əməkdaşlığının olduğunu vurğulayıb, Sianda keçirilən İpək Yolu Beynəlxalq Sərgisindəki milli stendin Azərbaycanın iqtisadi imkanlarının, turizm potensialının, mədəni zənginliyinin nümayiş olunması baxımından əhəmiyyətini vurğulayıb.

Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin illərin sınağından keçdiyini və möhkəm təməl üzərində qurulduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri nəticəsində münasibətlərimizin dinamik, hərtərəfli inkişaf dövrünü yaşadığını və keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Səfir qeyd edib ki, dövlət başçılarımız Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki sammiti çərçivəsində keçirdikləri son görüş zamanı iqtisadi əməkdaşlığın diversifikasiyası və onun keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıq veriblər. Hazırda iqtisadiyyatın müxtəlif sahələri - energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirilir. Ötən il Azərbaycan-Çin ticarət əlaqələrinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artaraq, təxminən 2,2 milyard ABŞ dolları təşkil edib. Bu müsbət dinamika bu il də davam edir və ilin 9 ayında qarşılıqlı ticarətin həcmi təxminən 50 artıb.

Azərbaycanın Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayan B.Hüseynov enerji sahəsinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın mühüm komponenti olduğunu, Çinin alternativ enerji sahəsində qabaqcıl təcrübəsinin və texnologiyasının Azərbaycan üçün maraq kəsb etdiyini bildirib.

Nəqliyyat-tranzit sahəsinin əməkdaşlığımızın əsas istiqamətlərindən olduğunu deyən diplomat, Azərbaycandan keçən nəqliyyat arteriyalarının, yaradılmış müasir infrastrukturun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələrin Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa və səmərəli nəqliyyat marşrutlarını formalaşdırdığını diqqətə çatdırıb. Çinin tranzit operatorlarının və logistika şirkətlərinin "Orta dəhliz”ə marağı getdikcə artır. Bu xüsusda blok qatarlarının formalaşdırılması, logistika məlumatlarının mübadiləsi və yüklərin yerləşdirilməsi sahəsində əməkdaşlığı vacibliyi vurğulanıb.

Ölkələrimizin mədəni-humanitar sahələrdəki qarşılıqlı fəaliyyətinin böyük potensiala malik olduğunu bildirən səfir, tələbə və mədəni mübadilənin, müxtəlif sahələri təmsil edən nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin humanitar istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə xidmət etdiyini, xalqlararası ünsiyyət üçün əlverişli şərait yaratdığını söyləyib.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin iqtisadi və ticarət potensialı, biznes və sərmayə mühiti, nəqliyyat-logistika infrastrukturu, “Kəmər və yol” təşəbbüsünün icrasındakı rolu barədə təqdimat edib. O, siyasi və iqtisadi sabitliyin təmin olunduğu Azərbaycanda Çin şirkətləri üçün iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, “yaşıl enerji”, rəqəmsal iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatında cəlbedici imkanların olduğunu bildirib. Həmçinin 30 illik işğal dövründə böyük dağıntıya məruz qalan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası istiqamətində aparılan işlərdən danışıb, bu prosesdə dost ölkələrin, o cümlədən Çin şirkətlərinin fəal iştirakının arzu olunduğunu deyib, işğaldan azad olunan bölgələrdə yaradılan sənaye parklarında və iqtisadi zonalarda təklif olunan əlverişli şərtlərdən danışıb.

Tədbirdə Şansi vilayətinin iqtisadiyyatına, xarici ticarət əlaqələrinə, mədəniyyət sahəsinə aid təqdimatlar olub. Ticarət nümayəndəliyinin əməkdaşı İxtiyar Atalızadə Azərbaycanın turizm potensialına dair geniş təqdimat edib, son illər Azərbaycanda turizm sektorunda böyük inkişafın müşahidə olunduğunu, nəticədə mədəni irsi, rəngarəng təbiəti, qədim və müasir memarlığı ilə ölkəmizin dünyanın müxtəlif bölgələrindən olan səyahətçilərin populyar turizm məntəqəsinə çevrildiyini deyib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?