18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2027-ci ilədək ölkənin enerji sistemində bərpa olunan enerjinin payı 33 faizə çatacaq

Beynəlxalq enerji şirkətləri ilə qarşıdakı onillikdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə 10 QVt-dək “yaşıl enerji” layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq edilir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov ikinci “Qlobal Cənubun Səsi” Sammiti çərçivəsində “Dayanıqlı inkişaf üçün əlverişli və inklüziv enerji keçidi” mövzusunda enerji nazirlərinin sessiyasında onlayn formatda çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının elektrik enerjisinin qoyuluş gücündə 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağı gözlənilir.

“Bu, 2030-cu ilə 30 faizlik hədəfimizin artıqlaması ilə yerinə yetirilməsi deməkdir”, - deyə P.Şahbazov qeyd edib.

Nazir Azərbaycanın enerji ixracı və regional əməkdaşlıq sahəsində strateji prioritetlərə də toxunub. Bildirilib ki, Xəzər-Qara dəniz-Avropa və Azərbaycan-Türkiyə-Avropa dəhlizlərini yaratmaq və şaxələndirilmiş marşrutlarla 5 QVt-dan çox “yaşıl enerji” ixrac etmək strateji prioritetlər sırasındadır. “Bu dəhlizlər Mərkəzi Asiya ölkələrindən də “yaşıl enerji”nin nəqli imkanlarını vəd edir”, - deyə nazir əlavə edib.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?