9 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Surxay Novruzov: “Azərbaycanda ting istehsalı ilə bağlı müsbət tendensiya yaranıb”

Azərbaycana ting idxalı çox ciddi şəkildə azalır. Bunu “vergiler.az”a Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov deyib.

Onun sözlərinə görə, yerli tingçiliyin inkişafı nəticəsində Azərbaycanda ting istehsalı ilə bağlı müsbət tendensiya yaranıb: “Ötən müddət ərzində meyvə bağlarının sayı sürətlə artıb və tinglərə tələbat yaranıb. Aqrar iqtisadiyyatın inkişafı tingçiliyin inkişafına səbəb olub. Ölkədə calaqaltı ilə məşğul olan xüsusi laboratoriyalar var. Bu laboratoriyalar ölkədə 5 milyon ədəd calaqaltının istehsalına imkan verir. Bu gün ölkədə kifayət qədər yaxşı, keyfiyyətli ting tapmaq olur”.

S.Novruzov deyib ki, Azərbaycan tingçilərinin müasir sortları ölkəyə gətirib calaq edə bilməsi üçün İspaniya, İtaliya, Türkiyə və ABŞ-nin sort yaradan seleksiya şirkətləri ilə əməkdaşlıq edilir. Bu da imkan verir ki, fermer daha keyfiyyətli, uzun müddət qala bilən məhsul yetişdirə bilsin.

Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycan ilk dəfə keçən il Qırğızıstana calaqaltı ixrac edib. Artıq Azərbaycanda təkcə meyvəçilik deyil, kənd təsərrüfatının yan məhsulları sənayesi də inkişaf edir və ixracı formalaşır: “Mərkəzi Asiya regionu bu baxımdan Türkiyədən və Avropadan asılı idi. Biz Mərkəzi Asiyaya daha yaxın bazar olduğumuz üçün müəyyən üstünlüklərə sahibik və bundan istifadə etməyə başlamışıq”.

S.Novruzov əlavə edib ki, Azərbaycan Türkiyə, İtaliya, İspaniyadan ting idxal edir, Gürcüstana, Rusiyanın cənub bölgələrinə, Qırğızıstana isə ting ixrac edir. Hazırda ixracın həcminin artırılması üçün xarici ölkələrdə müəyyən görüşlər keçirilir. Ting ixracı son 2 ildə artıb.

İlhamə İSABALAYEVA

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?