13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda 917 daşınmaz əmlaka dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb

Bu ilin oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasında vətəndaşlardan daxil olan müraciətlərə əsasən 917 daşınmaz əmlaka dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınıb.

Muxtar Respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məlumatına görə, texniki sənədlərin hazırlanması zamanı 244 əmlaka dair texniki pasport, 419 torpaq sahəsinə dair plan-ölçü tərtib olunub, ümumilikdə 663 texniki sənəd hüquq sahiblərinə təqdim edilib. İlkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 89 daşınmaz əmlaka ünvanlar verilib.

Vətəndaşların müraciətləri nəzərə alınaraq ötən ay əmlakların məhdudiyyət və yüklülüyünə dair 215 arayış verilib, elektron informasiya sistemi vasitəsilə əmlaklara dair məhdudiyyət və yüklülük haqqında notariat ofislərinə göndərilən məlumatlar isə 499 ədəd təşkil edib.

Hüquqi və fiziki şəxslər tərəfindən operativ şəkildə fəaliyyət göstərən elektron xidmətlərə 92, notariat ofisləri tərəfindən 26 müraciət daxil olub ki, həmin müraciətlər də qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Müvafiq xidmət növləri üzrə ümumilikdə 840 müraciət icra üçün qəbul edilib.

Ötən ay ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 870 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi