11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tibbi sarğı bezi istehsalçıları ilə maarifləndirici görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ölkədə fəaliyyət göstərən tibbi sarğı bezi istehsalçılarının rəhbərləri və iri topdansatış əczaçı müəssisələrin nümayəndələri ilə görüş keçirilib.

Xidmətdən verilən məlumata görə, görüşdə apteklərdə satılan bəzi yerli gigiyenik tibbi sarğı bezlərinin ölçülərinin faktiki qablaşdırmada göstəriləndən az olması barədə daxil olan müraciətlər, habelə mediada yayılan məlumatlar əsasında Dövlət Xidməti tərəfindən aparılmış araşdırmaların nəticələri barədə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində ölçüsündə uyğunsuzluqlar aşkarlanan tibbi sarğı bezlərinin istehsalçılar tərəfindən dövriyyədən çıxarıldığı, xətaların aradan qaldırıldığı və qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni bezlərin nümunələrinin Dövlət Xidmətinə təqdim edildiyi vurğulanıb.

Görüşdə həmçinin mövcud qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb. Qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməyən sahibkarların müvafiq qaydada məsuliyyət daşıdığı qeyd edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara satışda olan gigiyenik tibbi sarğı bezlərinin faktiki ölçüsünün qablaşdırmada göstəriləndən az olması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət etməyi tövsiyə edir.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?