23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Üç ölkədən yüksək riskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq

Üç ölkədən yüksək riskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq

“Qida təhlükəsizliyi haqqında” Qanunun icrasının təmin olunması məqsədilə Polşa, Litva və Braziliyadan Azərbaycana yüksək risk qrupuna aid edilən heyvan mənşəli qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Lakin adıçəkilən ölkələrdə fəaliyyət göstərən müəssisələrdən Azərbaycana məhsul idxal olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Agentliyə bu ölkələrin istehsalçılarından təsdiqlə bağlı müraciətlər daxil olmayıb.

Bununla əlaqədar 2023-cü il noyabrın 15-dən təsdiq üçün müraciət etməyən, Polşa, Litva və Braziliyada fəaliyyət göstərən müəssisələrdən ölkəyə yüksək riskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması