21 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” yeni korporativ idarəetmə standartlarının tətbiqinə başlayıb

“AzerGold” QSC-nin yeni korporativ idarəetmə standartları hazırlanıb və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurası tərəfindən təsdiq edilib.

QSC-dən verilən məlumata görə, “AzerGold”un fəaliyyətində və idarəetməsində rəhbər tutulması məqsədilə təsdiq edilən yeni standartlar milli qanunvericilik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Korporativ idarəetmə prinsipləri” və “Dövlətə məxsus müəssisələrdə korporativ idarəetmə Qaydaları”, eləcə də ölkə daxilində və dünyada təşəkkül tapmış qabaqcıl korporativ idarəetmə təcrübələri əsasında hazırlanıb.

Korporativ idarəetmə standartları QSC-nin fəaliyyətində əsas prinsip və məqsədləri müəyyənləşdirir, dayanıqlı inkişaf, səmərəlilik, operativlik və şəffaflığa əsaslanır. Belə ki, AİH tərəfindən fəaliyyətin qiymətləndirilməsi zamanı yeni standartların tələbləri nəzərə alınacaq, bu məqsədlə QSC-də monitorinqlər aparılacaq, nəticəsi barədə Müşahidə Şurasına hesabat veriləcək. Eyni zamanda, hesabat Müşahidə Şurası tərəfindən təsdiq edilərək, QSC-nin illik hesabatlarına daxil edilməklə dərc olunacaq.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?