5 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron siqaretlərlə bağlı dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartı qəbul edilib.

Xidmətdən verilən məlumata görə, dövlət standartı elektron siqaret məhsullarına, onlarda istifadə edilən maddələrə və komponentlərə şamil edilir və bir sıra təhlükəsizlik və keyfiyyət tələblərini özündə əks etdirir. Belə ki, standart elektron siqaretlər üçün mayeyə, elektron siqaret cihazlarına, elektron siqaret məhsullarında istifadə edilən batareyalara, xammala, qablaşdırmaya olan tələbləri müəyyənləşdirir. Sənəddə həmçinin elektron siqaret məhsullarının tərkibində olmamalı olan maddələrin siyahısı da yer alıb.

Standart “Toxum və əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi yem bitkilərinin qida məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 27) tərəfindən təqdim edilib.
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.

Qeyd edək ki, məhsulun 18 yaşa çatmamış şəxslərə əvəzli və ya əvəzsiz verilməsi, həmçinin 18 yaşa çatmamış şəxslər tərəfindən istifadəsi qadağandır.

Məlumat üçün bildirək ki, bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qutularının üzərində Azərbaycan dilində zəruri məlumatlar olmayan, eləcə də istehlakçının sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı olmayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalının və satışının həyata keçirildiyi barədə müraciət daxil olmuşdu. Müraciətdə qeyd olunan faktlar araşdırılaraq sözügedən məhsulların ölkə ərazisinə idxalını həyata keçirən 9 sahibkar müəyyənləşdirilmiş və həmin sahibkarlara satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə məktublar ünvanlanmışdı. Nəticədə həmin sahibkarlar tərəfindən idxal edilən 11 adda birdəfəlik istifadə üçün elektron siqaretin üzərində Azərbaycan dilində məlumatların yerləşdirilməsi təmin olunub.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?