11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pakistan Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin qurulmasında maraqlıdır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov Pakistanın “Searl” əczaçılıq şirkətinin baş icraçı direktoru Səid Nadem Əhməd və “Mercury ME DMCC” şirkətinin baş icraçı direktoru Yusif Asifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən verilən məlumata görə, görüşdə ölkədə mövcud sənaye parkları, burada sahibkarlar üçün yaradılan investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.

“Searl” şirkətinin baş icraçı direktoru Pirallahı Sənaye Parkında investorlar üçün yaradılan biznes imkanlarından yararlanmaqla dərman vasitələrinin istehsalı müəssisəsinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?