25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: "Nəqliyyat və anbar təsərrüfatı istisna olmaqla qeyri-neft-qaz sektorunun bütün sahələrində artım qeydə alınıb"

Cari ilin doqquz ayında neft-qaz sektorunda yaradılmış əlavə dəyərin 1,5 faiz azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3 faiz təşkil etməsi ÜDM-in də müsbət artımı tempinə töhfə verib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, nəqliyyat və anbar təsərrüfatı istisna olmaqla qeyri-neft-qaz sektorunun bütün sahələrində artım qeydə alınıb. Qeyri-neft-qaz sənayesi 6,3 faiz, tikinti sektoru 12,5 faiz, informasiya və rabitə sektoru 14,7 faiz, turizm sektoru 26 faiz, kənd təsərrüfatı 3 faiz, ticarət sektoru isə 3,3 faiz artıb.

“Qeyd etdiyim nəqliyyat və artım təsərrüfatında enişin də demək olar ki, yeganə səbəbi kimi postpandemiyadan sonra dünya nəqliyyat zəncirlərinin qaydaya gəlməsi və bunun da bizim ölkənin, xüsusilə hava daşımaçılıq sahəsində yüksək dəyərə malik olan bir seqmentdə təbii bir sabitləşməni, endirimi şərtləndirib”, - deyə nazir əlavə edib.

AZƏRTAC

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?