15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistanda Azərbaycandan keçən mühüm tranzit marşrutlarının imkanları təqdim olunur

Özbəkistanın paytaxtı Daşkənd şəhərində 19-cu beynəlxalq “TransLogistica Uzbekistan 2023” sərgisi və logistika forumu keçirilir.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, sərgi və forum mühüm regional tədbirlərdən biri hesab olunur və sahənin əsas iştirakçıları arasında qarşılıqlı əlaqə üçün platforma yaradır.

Noyabrın 3-dək davam edəcək sərgidə 15 ölkədən 200-dən çox şirkət iştirak edir və 3 mindən çox ziyarətçinin sərgiyə baş çəkəcəyi gözlənilir.

Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC və onun törəmə şirkətləri olan “ADY Konteyner” və “ADY Express” də iştirak edir. Şirkətlər tərəfindən yükdaşıma və logistika sahəsində qabaqcıl təcrübələr, ölkə ərazisindən keçən mühüm tranzit nəqliyyat marşrutlarının imkanları təqdim olunur, müxtəlif sahələri əhatə edən geniş çeşiddə logistik xidmətlər sərgi iştirakçılarına təklif edilir. Sərgi çərçivəsində çoxsaylı görüşlər və tərəfdaşlarla danışıqlar aparılır.

Sərgi ilə paralel nəqliyyat və logistika forumu keçirilir ki, bu da gələcək əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün əlavə imkan yaradır.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?