22 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağ və Şərqi Zəngəzur üzrə təqribən 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq

Qarabağ və Şərqi Zəngəzurun ölkənin kənd təsərrüfatına reinteqrasiyası aqrar sahənin inkişafında mühüm rol oynayacaq.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun AZƏRTAC-da dərc edilən məqaləsində bildirilir.

Nazirin sözlərinə görə, 2022-2023-cü illər mövsümündə artıq 70 min hektardan çox sahə əkinə cəlb edilib. Qısa müddət ərzində bu regionlar üzrə əkin dövriyyəsinə cəlb edilməsi proqnozlaşdırılan sahələrin az qala yarısında təsərrüfat işlərinin aparılması, bu işlərin görülməsi üçün tələb olunan texnika və digər istehsal vasitələri ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi təcrübəsi yaranıb. Eyni zamanda, azad olunmuş ərazilərdə taxıl əkininin müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilməsi üçün minlərlə hektar sahəni əhatə edəcək pivot suvarma infrastrukturunun qurulmasına başlanılıb.

“Ümumilikdə isə, ilkin qiymətləndirimələrə görə, Qarabağın və Şərqi Zəngəzurun işğala məruz qalan ərazilərində məskunlaşma, bərpa və inteqrasiya prosesləri başa çatdıqdan sonra təqribən 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq. Mövcud əkin strukturu nəzərə alınmaqla bu əkin sahələrinin təqribən 100 min hektarı taxıl məhsullarının istehsalına cəlb olunacaq ki, bu, həm ərzaq təminatı, həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir”, - Məcnun Məmmədov qeyd edib.

Nazir əlavə edib ki, bununla yanaşı, regionda ənənəvi olaraq mövcud olan üzüm bağlarının bərpası, region üçün yeni bir trend kimi intensiv meyvə bağlarının salınması həyata keçiriləcək. Yeni intensiv bağlar xüsusilə ixrac əhəmiyyətli gilas, ərik, şaftalı kimi çəyirdəkli meyvələr, həmçinin nar və fındıq kimi ölkə üçün spesifik olan meyvə bağlarından ibarət olacaq. Həmçinin regionda soğan və kartof kimi tərəvəz məhsullarının istehsalı, habelə pambıq və tütün kimi texniki bitkilərin istehsalının təşkili də ölkə üzrə müvafiq istehsal göstəricilərini yüksəldəcək.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?