13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığorta sektoru və kapital bazarları sahəsində açıq məlumatların paylanması imkanları təşviq ediləcək

Hazırda Azərbaycan Mərkəzi Bankında maliyyə sisteminin inkişafı strategiyası formalaşdırılır. “vergiler.az” xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Fərid Osmanov məlumat verib. Bildirib ki, bu strategiyanın başlıca məqsədi ölkədə maliyyə intensivliyinin artırılması, maliyyə xidmətlərinin dərinliyi və diversifikasiyasının genişləndirilməsi, nəticədə maliyyə sistemində şəffaflığın və rəqabətliliyin təmin edilməsidir.

“İnanırıq ki, bank sektoru və digər sahələrlə əməkdaşlıq çərçivəsində ölkəmizin maliyyə sisteminin növbəti strateji səhifəsində daha böyük uğurlara imza atacağıq”, - F.Osmanov qeyd edib.

F.Osmanovun sözlərinə görə, strateji hədəf növbəti dövrdə açıq bankçılıq konsepsiyasının formalaşdırılması və açıq bankçılıqdan açıq maliyyəyə keçidin sürətləndirilməsidir: “Bu keçid bizə imkan verəcək ki, bank sektoru ilə yanaşı, sığorta sektoru və kapital bazarları sahəsində də açıq məlumatların paylanması imkanlarını təşviq edək".

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi