14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda Ünvan Reyestri İnformasiya Sistemi formalaşdırılır

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən müvafiq qurumlarla birgə Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) formalaşdırılması üzrə işlərə başlanılıb.

Dövlət Xidmətinin məlumatına görə, sistemin formalaşdırılması üçün ilk növbədə muxtar respublikanın inzibati ərazi vahidlərinin sərhədləri aidiyyəti üzrə göndərilib. Daha sonra ÜRİS yerləşdirilməsi məqsədilə Naxçıvanın poçt məntəqələrinin sərhədləri muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə müəyyənləşdirilərək hazırlanıb.

Qeyd edək ki, sistemin formalaşdırılması üçün Naxçıvan şəhərinin, Əliabad qəsəbəsinin və şəhərin 5 kəndinin ünvan xəritəsi, həmçinin yeni yaranacaq nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələri müəyyənləşdirilərək ünvan xəritələrinin layihələri hazırlanıb və baxılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə göndərilib.

Muxtar respublikada ÜRİS-in formalaşdırılması məqsədilə qarşıdakı dövr ərzində də işlər davam etdiriləcək.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?