14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan ISO-nun Süni intellekt üzrə Texniki Komitəsinin iclasında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) sponsonsurluq proqramı çərçivəsində (ISO Sponsorship program) ISO/IEC JTC 1/SC 42 Süni intellekt ("Artificial intelligence") standartlaşdırması üzrə Texniki Komitəsinin Avstriya Respublikasının Vyana şəhərində keçirilən iclasında iştirak edib.

İnstitutdan verilən məlumata görə, 16-20 oktyabr tarixlərində Beynəlxalq Avstriya Standartları-Standartlaşdırma və İnnovasiya (A.S.I.) qurumunun sədrliyi ilə keçirilən plenar iclasda Almaniya, Avstriya, Böyük Britaniya, Bolqarıstan, Cənubi Koreya, Çin, Çexiya, İspaniya, İtaliya, İrlandiya, İsveçrə, Hindistan, Fransa, Kanada, Lüksemburq, Mərakeş, Portuqaliya, Polşa, Sinqapur, Uqanda, Türkiyə, Yaponiya və digər ölkələrin standartlaşdırma qurumlarının nümayəndələri ilə yanaşı, bu ölkələrdə süni intellekt sistemlərinin tətbiq olunduğu müvafiq sahələrdə çalışan mütəxəssislər, eləcə də Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO), Elektrik və Elektronika Mühəndisləri Standartları Assosiasiyası (IEEE) və Amerika Milli Standartlar İnstitutunun (ANSI) nümayəndələri iştirak edib.

Tədbir zamanı sözügedən komitənin hazırladığı beynəlxalq standartların layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflərin müzakirəsi, həmçinin layihələr üzrə səsvermə həyata keçirilib. Bundan əlavə, komitə çərçivəsində süni intellekt sahəsində yeni işçi qruplarının təşkil olunması məqsədilə nümayəndələr seçilib.

Qeyd edək ki, “Süni intellekt” standartlaşdırma üzrə Beynəlxalq Texniki Komitəsi (ISO/IEC JTC 1/SC 42) 2017-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən süni intellekt sistemlərinin standartlaşdırılmasına dair beynəlxalq tələb və meyarların müəyyən edilməsi məqsədilə yaradılıb.

Ümumilikdə, komitə tərəfindən 20 beynəlxalq standart, 33 standart layihəsi hazırlanıb və hazırda 9 işçi qrupu fəaliyyət göstərir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?