18 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumunun rəsmi açılış mərasimi keçirilib

Bu gün Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Geologiya-Mədənçilik – “GeoMining” Forumunun rəsmi açılış mərasimi keçirilib.
“AzerGold” QSC-dən verilən məlumata görə, tədbirdə dünyanın 30-a yaxın ölkəsindən dövlət qurumları, elmi təşkilat, yerli və xarici şirkətlərin ümumilikdə 300 nəfərə yaxın nümayəndəsi iştirak edir.
İki gün davam edəcək Forum çərçivəsində yerli və xarici mütəxəssislər, o cümlədən dövlət, elm və iş adamları arasında ikitərəfli görüşlərin təşkili də nəzərdə tutulub.
Forumda “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri”, “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi”, “Geoekoloji problemlər və dağ-mədən sənayesində ətraf mühitin qorunması”, “Geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzuları üzrə panel müzakirələri təşkil ediləcək, yerli və xarici mütəxəssislərin məruzələri dinləniləcək.
Forum çərçivəsində Azərbaycanda fəaliyyət göstərən yerli və xarici dağ-mədən şirkətlərinin fəaliyyətinə dair sərgi də təşkil olunub.
VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi