14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycana turist axını 32 faizdən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 184 ölkəsindən 1535,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 619,2 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 39,5 faiz artaraq 77,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalaraq 257,1 min nəfər olub.

Ölkəyə gələn əcnəbilərin 72,2 faizi hava, 26,5 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bununla yanaşı, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 24,7 faiz artaraq 1384,8 min nəfər təşkil edib. Rusiya Federasiyasına gedən ölkə vətəndaşlarının sayı 49,5 faiz, Gürcüstana gedənlərin sayı 31,7 faiz, Türkiyəyə gedənlərin sayı 17,5 faiz artıb, İrana gedənlərin sayı 17 faiz azalıb.

2023-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,6 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?