19 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidmətinin nümayəndələri ICN-in illik konfransında iştirak ediblər

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərliyi ilə nümayəndə heyəti İspaniyanın Barselona şəhərinə işgüzar səfər edib.

Dövlət Xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) 22-ci illik konfransında iştirak edib.

Konfransın məqsədi üzv dövlətlərin rəqabət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətinin təşviqidir.

Konfransda “Antiinhisar qanunvericiliyində məhkəmələrin rolu və qarşılıqlı əlaqələrin inkişaf yolları” mövzusunda müzakirələr aparılıb. Daha sonra konfrans sessiyalarla və plenar iclaslarda davam edib.

Azərbaycan nümayəndə heyətinin iştirakı ilə beynəlxalq əməkdaşlıq zamanı yeni rəqabət qurumlarının qarşılaşdığı çətinliklər, hökmran mövqenin qiymətləndirilməsi çətinlikləri, birləşmələrdə bazar gücü və potensial rəqabət, əmək bazarında kartellər, innovativ təyinetmə vasitələri və onların səmərəli istifadəsi kimi əhəmiyyətli mövzuları əhatə edən sessiyalarda müzakirələr aparılıb.

Konfransın son günündə Misir Rəqabət Qurumunun (ECA) sədri Mahmud Mümtaz, Tayvan Ədalətli Ticarət Komissiyasının komissarı Ya-Lun Yen, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) nümayəndəsi Teresa Moreiranın məruzələri dinlənilib. Tədbirdə “ICN-nin üçüncü onilliyində kartellərə nəzarətin dəyişdirilməsi, mövcud trendlər və gələcək gözləntilər”, “ICN metodlarının tətbiqi” plenar iclaslarında rəqəmsal dövrdə kartel əleyhinə fəaliyyətlər, kənd təsərrüfatı və ərzaq bazarlarında rəqabətə dair çətinliklər, yeni texnologiyalar və onların rəqabət araşdırmalarında tətbiqi, rəqəmsal bazarlarda antiinhisar və tənzimləmə arasında qarşılıqlı əlaqə mövzularında sessiyalar təşkil olunub.

Ümumilikdə üç günlük konfrans müddətində Dövlət Xidmətinin nümayəndə heyəti sahə üzrə bir sıra beynəlxalq təşkilatlarla səmərəli görüşlər keçirib, bənzər iqtisadi gücə sahib bazar subyektlərinin fəaliyyəti, təmərküzləşmə əqdləri, bazar araşdırması və əlaqəli sazişlərə dair meyarlar, hökmran mövqeyin müəyyən edilməsi şərtləri, rəqabət hüququnda yüngülləşdirici hallar və yeni yanaşmalara dair müzakirələr aparıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?