18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Doqquz ayda KOBİA tərəfindən 400-dən çox biznes-plan hazırlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 648 təlim keçirilib.

Agentlikdən verilən məlumata görə, təlimlər biznesə başlamaq, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və KOB-ların ehtiyacı olan digər istiqamətləri əhatə edib.

Bu dövrdə KOB inkişaf mərkəzləri tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 1266 sahibkar və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.

Ümumilikdə, 2023-cü ilin 9 ayı ərzində KOBİA tərəfindən göstərilən ödənişsiz təlim və məsləhət xidmətlərindən 9500-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

KOBİA tərəfindən kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 424 biznes-planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib.

Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 420 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Bu dövrdə 20 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri