23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası ilə əməkdaşlıq sazişinin imzalanması müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası ilə onlayn görüş keçirib.

Agentlikdən verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən bu ay AZPROMO nümayəndələrinin İspaniya Krallığına planlaşdırılan işgüzar səfəri zamanı qarşıya qoyulmuş hədəflər barədə məlumat verib. İspaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatında daha aktiv iştirakının vacibliyi vurğulanıb və bu istiqamətdə İspaniyada ölkəmizin investisiya layihələrinin təqdimatının ("Investment Roadshow") keçirilməsi təklif olunub.

Madrid Ticarət, Sənaye və Xidmətlər Palatasının baş direktorunun müavini Elza Yansen investisiya əlaqələrinin genişləndirilməsi baxımından "Investment Roadshow" tədbirinin perspektivlərini yüksək qiymətləndirib. Palatanın AZPROMO-nun İspaniyaya planlaşdırılan işgüzar səfəri çərçivəsində əlaqələndirmə işlərinə, eləcə də gələcəkdə müxtəlif formatlarda tədbirlərin və görüşlərin təşkilinə dəstək göstərməyə hazır olduğu bildirilib.

Tərəflər həmçinin Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası və AZPROMO nümayəndələri arasında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi istiqamətində fikir mübadiləsi aparıb. Qurumlar arasında müvafiq sazişin imzalanması üçün məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?