15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Elman Allahverdiyev: “SİF-in krediti hesabına istehsalımızı artıra bilmişik”

“Sahibkarlığın İnkişafı Fondundan aldığımız 70 min manat kredit hesabına istehsalımızı artıra bilmişik”.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına 2010-cu ildən sahibkar kimi fəaliyyət göstərən Elman Allahverdiyev bildirib.

Hazırda Xəzər rayonunun Qala qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan E.Allahverdiyevin sözlərinə görə, işə yeni başlayanda özünə məxsus olan torpaq sahəsində maldarlıq təsərrüfatı yaratmaq istəsə də, sonradan quşçuluq sahəsi üzrə fəaliyyət göstərmək qərarına gəlib. Buna səbəb isə quşçuluqda dövriyyənin qısa zaman ərzində artırıla bilməsidir: “Quşçuluq sahəsi riskli sahə olsa da, tez bir zamanda inkişaf gedir. 27-28 günə məhsulu satışa çıxarmaq mümkündür. Mən bu işə sıfırdan başlamışam. Əvvəl bir ayda 5-6 min toyuq saxlamaq imkanım var idi. Daha sonra bu rəqəmi 12-13 minə qaldırdım. Artıq bir ay ərzində 27-28 min toyuq saxlaya bilirəm. Əsas müştərilərimiz broyler müəssisələridir. Dövlətdən aldığımız kredit biznesimizin inkişafına çox böyük kömək edir. Kredit hesabına toyuqlar üçün saxlanma yeri tikmişəm. Bu imkan verir ki, əlavə olaraq, 13 min diri toyuq saxlayım. Məhsullarımız, hələ ki, daxili bazar üçündür. Amma çalışacağıq ki, istehsalımızı artıraq və xarici bazara çıxışımız olsun. Dövlətimiz də bunun üçün bizə yardım edir”.

E.Allahverdiyev qeyd edib ki, Qala qəsəbəsində ona məxsus olan 70-80 sot ərazidə üzüm bağı salmaq istəyir. Bundan əlavə, sahibkar Xaçmazda da quşçuluq fəaliyyəti ilə məşğul olmağı, eyni zamanda orada gilas bağı salmağı planlaşdırır.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?