16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əczaçılıq məhsullarının istehsalı 50 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 15,9 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 50 faiz və ya 5,3 milyon manat üstələyir.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 929,7 milyon manat xərclənib ki, bu fa ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 12,5 faiz və ya 103,2 milyon manat çoxdur.

Bu ilin sentyabr ayının satışlarının dəyəri isə avqust ayının göstəricisi ilə müqayisədə 29,8 faiz və ya 26,4 milyon manat artıb. Sentyabrda pərakəndə ticarət şəbəkəsində 115,1 milyon manat dəyərində əczaçılıq məhsulları satılıb.

Qeyd edək ki, cari ilin ilk 9 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsullarının alınmasına sərf olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 9 ayında ölkəyə 448,88 milyon ABŞ dolları dəyərində 21,7 min tondan çox əczaçılıq məhsulları idxal edilib. Bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 5,5 faiz və ya 25,98 milyon dollar az, həcm baxımından isə 5,1 faiz və ya 1,05 min ton çoxdur.

2023-cü ilin ilk 9 ayı ərzində əczaçılıq məhsullarının ümumi idxalda xüsusi çəkisi 3,56 faizə bərabər olub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?