6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ər-Riyadda Azərbaycan - Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclası keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Agentliyin nümayəndələri və Azərbaycan iş adamları Səudiyyə Ərəbistanında işgüzar səfərdə olublar.

Agentlikdən verilən məlumata görə, səfər çərçivəsində Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclası keçirilib. İşgüzar Şuranın bu dəfəki iclası tikinti sahəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əməkdaşlığına və investisiya qoyuluşu imkanlarına həsr olunub. Tədbirdə KOBİA-nın, Səudiyyə Ərəbistanı Palataları Federasiyasının və digər qurumların nümayəndələri, hər iki ölkədən tikinti sektorunda fəaliyyət göstərən iş adamları iştirak ediblər.

İşgüzar Şuranın həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə inşaat sektorunun inkişafı, bu sahənin biznes və investisiya imkanları barədə məlumat verərək, hər iki ölkənin işgüzar dairələrini bu sahədə fəal əməkdaşlığa dəvət edib. Qeyd olunub ki, tikinti sektoru Azərbaycanda sürətlə inkişaf edən sahələrdəndir və məşğulluğun təmin edilməsi baxımından kənd təsərrüfatı və ticarətdən sonra 3-cü əsas sektordur. Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir.

İşgüzar Şuranın həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil isə şuranın növbəti iclasının Ər-Riyadda keçirilməsindən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluğunu bildirib, səfərin və şura çərçivəsində aparılan müzakirələrin hər iki ölkənin iş adamları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.

Tədbir çərçivəsində iş adamları arasında tikinti sektoru ilə bağlı məlumat və təcrübə mübadiləsi aparılıb, şirkətlər tərəfindən təqdimatlar keçirilib, birgə təşəbbüslərin və layihələrin reallaşdırılması imkanları müzakirə edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?