14 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin Transxəzər beynəlxalq nəqliyyat dəhlizində iştirak edəcək

“Çin Transxəzər beynəlxalq nəqliyyat dəhlizində iştirak edəcək”. Bu sözləri Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində keçirilən 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

“Xinhua” agentliyinin məlumatına görə, Si Cinpin qeyd edib ki, eyni zamanda, Çin-Avropa dəmir yolunun inkişafı ilə bağlı işlər sürətləndiriləcək.

Onun sözlərinə görə, Çin digər tərəflərlə birlikdə Avrasiyada birbaşa dəmir və avtomobil yolları ilə bağlı olan yeni logistika dəhlizi quracaq. “Biz “Dəniz İpək yolu” çərçivəsində limanları, gəmiçilik və ticarət xidmətlərini güclü şəkildə inteqrasiya etməyi, Yeni Beynəlxalq Quru-Dəniz Ticarət Dəhlizinin və “Hava İpək yolu”nun qurulmasını sürətləndirəcəyik”, - deyə Çin lideri əlavə edib.

Qeyd edək ki, Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu işə başlayıb. Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?