17 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azərbaycanın halal sənayesi ekosisteminin inkişafı” mövzusunda seminar keçirilib

İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanın halal sənayesi ekosisteminin inkişafı” mövzusunda seminar keçirilib.

Dövlət Xidmətindən verilən məlumata görə, seminarın açılış mərasimində çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli vurğulayıb ki, hazırda halal iqtisadiyyat dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və Azərbaycanda halal sənayesi ekosisteminin inkişafı ölkənin ixrac və turizm potensialını genişləndirmək üçün əlavə imkanlar yaradır. Bildirilib ki, ölkədə qeyri-qida sahəsində keyfiyyət infrastrukturuna cavabdeh qurum kimi AİBNDX Azərbaycanda Halal Keyfiyyət Sisteminin qurulmasında fəal iştirak etmək üçün bütün lazımi səriştələrə malikdir. Eyni zamanda, iştirakçılara son illərdə ölkədə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə məlumat verilib.

İslam İnkişaf Bankının Kuala Lumpurda yerləşən Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi isə seminarın iştirakçı ölkələrin müvafiq sahədə mövcud təcrübələrini öyrənmək baxımından olduqca önəmli olduğunu vurğulayıb.

Tədbirdə Türkiyə və Malayziyadan olan nümayəndələrin də çıxışları dinlənilib, təmsil etdikləri ölkələrin halal ekosisteminin inkişaf mərhələləri ilə bağlı təqdimatlar edilib.

Ümumilikdə 2 gün davam edən seminar halal sənayesi ekosistemini əhatə edib və tədbirdə ekosistemi inkişaf etdirən İslam İnkişaf Bankına üzv ölkələrin uğurlu təcrübələrinə dair fikir mübadiləsi aparılıb, dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil olunub.

VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?