24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gömrük xətti ilə büdcə daxilolmaları 11 faizdən çox artıb

Gömrük xətti ilə büdcə daxilolmaları 11 faizdən çox artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 4 706 606 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz çoxdur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Komitənin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 18,2 faiz artaraq 1 210 756,8 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 8,6 faiz artaraq 3 294 948,7 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk 9 ayında daxilolmalar 38,3 faiz artaraq 167 607,5 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 33 292,9 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 29,3 faiz azdır.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması