8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2027-ci ildə ölkə ərazisinin 99,6 faizi rəqəmsal radio yayımı ilə əhatə olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, Tədbirlər Planının icrası nəticəsində 2026-cı ilədək respublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 faizinin və 2027-ci ildə ölkə ərazisinin 99,6 faizinin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur. Bu prosesin yekunu olaraq ölkə ərazisində rəqəmsal radio yayımına tam keçid təmin ediləcək.

Keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.

Eyni zamanda, Sərəncamda rəqəmsal radio avadanlıqlarının ölkəyə idxalının təşviq edilməsi və yayımçılara dəstəyin göstərilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu ilin 26 avqust tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartında rəqəmsal radionun test yayımı həyata keçirilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?