17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Növbəti hərraclara 98 əmlak çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 7-də keçiriləcək hərraca 7 kiçik dövlət müəssisəsi və obyekti, 8 avtomobil çıxarılacaq.

Xidmətdən verilən məlumata görə, bu dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri və avtomobillər var.

Noyabrın 14-də təşkil olunacaq hərracda iştirakçılara 16 nəqliyyat vasitəsi təklif ediləcək. Avtomobillərin istehsal tarixi 1984 - 2008-ci illər arasında dəyişir.

Noyabrın 17-də keçiriləcək hərraca "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 32 nəqliyyat vasitəsi çıxarılacaq.

Noyabrın 21-də keçiriləcək hərracda isə 35 nəqliyyat vasitəsi təklif olunacaq. Nəqliyyat vasitələrinin start qiyməti 375 -16200 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?