17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyənin tanınmış hotel brendi Bakıda fəaliyyətə başlayacaq

Bu yaxınlarda Bakıda Türkiyənin tanınmış hotel brendi “Dedeman” fəaliyyətə başlayacaq.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkə hesabında yazıb.

KOBİA-nın rəhbəri əlavə edib ki, bu məsələni müzakirə etmək üçün investor "Doğru Holdinq"in İdarə Heyətinin sədri Bülent Doğru və "Dedeman" markasının sahibləri Banu Dedeman ve Rıfat Şükrü Dedeman ilə görüş keçirilib.

“Dedeman Hotels” Türkiyənin ən məşhur hotel şəbəkələrindən biridir. İlk “Dedeman Ankara” hoteli 1966-cı ildə Ankarada tikilib. Bu gün şəbəkəyə Türkiyədə 19, Bolqarıstan, Suriya, Özbəkistan və Kiprdə 5 hotel daxildir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri