14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Almaniyanın Fiziki-Texniki Federal İnstitutu (PTB) ilə birgə 14 Oktyabr - Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirin məqsədi insan sağlamlığının qorunmasında təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi və iqtisadiyyatın inkişafında standartlaşdırmanın rolunun vurğulanmasıdır.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edən standartların önəmindən, bu sahədə aparılan islahatlardan söz açıb. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər, yeni standartların tətbiqi ilə optimallaşdırılan proseslər və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov standartların tətbiqinin KOB-ların fəaliyyətinə təsirlərindən bəhs edib və bu sahədə Agentliyin sahibkarlarla apardığı iş barədə məlumat verib. Qeyd olunub ki, dövlət-biznes əməkdaşlığının genişlənməsi standartların daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcək.

Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndəsi Zübeyde Oyan İnstitutlar arasında əməkdaşlıq layihələrinin və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsində standartlaşdırma sahəsi mühüm əhəmiyyətə malikdir.

Tədbirdə həmçinin “Qiymətli metallar və qiymətli daşlar”, “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartları üzrə texniki komitələrin fəaliyyətinin təşkili, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, istehsalın effektivliyinin artırılması və istehlakçı məmnuniyyətinin təmin olunmasında standartların rolu, milli və beynəlxalq standartlarda qabaqcıl metodların, rəqəmsal həllərin tətbiqi mövzuları üzrə çıxışlar dinlənilib.

14 Oktyabr - Ümumdünya Standartlar Gününün qeyd olunması 1970-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) prezidenti Faruk Sunterin təklifi ilə standartlaşdırmanın dünya iqtisadiyyatındakı rolunun vacibliyini vurğulamaq məqsədilə qərara alınıb. Hazırda ölkənin milli standartlaşdırma qurumu kimi fəaliyyət göstərən AZSTAND 2017-ci ilin dekabrından ISO-nun tamhüquqlu üzvüdür.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?