22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib

Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib

Oktyabrın 10-da Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin iştirak etdikləri iclasda Proqramın icra vəziyyətinə dair məsələlər müzakirə edilib.

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı”-nda müəyyən edilmiş 11 prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş sözügedən Dövlət Proqramının 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında biznes mühiti, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, energetika, infrastruktur, insan kapitalı və sosial sektorun inkişafı, institusional və ətraf mühit sahələrində 315 tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd olunub ki, Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilir. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsinin aparılmasının təmin edilməsi məqsədi ilə monitorinq və hesabatlıq portalı, o cümlədən, “Metodoloji çərçivə” hazırlanıb.

Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı monitorinq və hesabatlıq portalını təqdim edib, monitorinq və qiymətləndirilmənin aparılması qaydaları haqqında məlumat verib. Qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən portalda yerləşdirilən məlumatlar əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri Nazirlər Kabinetinə təqdim olunacaq.

Daha sonra iclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə görülən işlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?