26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri açıqlanıb

2023-cü ilin üçüncü rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30,6 faiz), tikinti (14,9 faiz) və topdan və pərakəndə ticarət (13,6 faiz) olub.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Azərbaycan Mərkəzi Bankının "Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabat"ına istinadən xəbər verir ki, daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (2,4 milyard manat artım) və tikinti (2 milyard manat artım) sahələri olub.

Bütövlükdə, rüb ərzində maliyyə axınları üzrə ötən ilin eyni dövrünə nəzərən bir iqtisadi fəaliyyət sahəsi istisna olmaqla (istirahət, əyləncə və incəsənət) bütün sahələrdə artım qeydə alınıb. İstirahət, əyləncə və incəsənət sahəsində azalma əsasən kitabxana, arxiv və muzeylərin fəaliyyəti qrupu üzrə qeydə alınan azalmadan irəli gəlib. Belə ki, bu qrup üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz və ya 26 milyon manat azalma müşahidə edilib. Ən çox artım peşə, elmi və texniki fəaliyyət (78 faiz), elektrik enerjisi, qaz və buxar təchizatı (63 faiz) və nəqliyyat və anbar təsərrüfatı (62 faiz) sahələrində olub.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?