3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari əməliyyatlar hesabının profisiti regionda ən yüksək səviyyədə qalacaq

Dünya Bankı 2023-cü ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitini ÜDM-in 14,6 faizi səviyyəsində proqnozlaşdırır ki, bu da Şərqi Avropa və Mərkəzi Asiya regionunda ən yüksək göstəricidir.

Bu barədə yenilənmiş “Regional Economic Outlook” hesabatında bildirilir. Hesabatda qeyd olunur ki, cari əməliyyatlar üzrə müsbət saldo ortamüddətli dövrdə də davam edəcək.

2023-cü ilin birinci yarısında fiskal balansda böyük profisit formalaşıb - ÜDM-in 18,4 faizi. Bu, artan vergi daxilolmalarının köməyi ilə gəlirlərin ÜDM-in 44 faizinə qədər artması ilə əlaqədardır.

Həmçinin Azərbaycanda əhəmiyyətli büdcə buferləri saxlanılır - Dövlət Neft Fondunun (ARDNF) ehtiyatları ilin birinci yarısında 12 faiz artaraq 55 milyard ABŞ dollarına çatıb.

İqtisadiyyatın kreditləşməsi 9 faiz artıb, problemli kreditlərin illik ifadədə nisbəti isə iyunun sonuna 3,5 faizdən 2,3 faizə enib.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ