16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kimya sənayesi üzrə istehsal dəyəri 1 milyard manatı üstələyib

Bu ilin yanvar-avqust aylarında ölkənin kimya sənayesi sahəsində 1 027,7 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 6 faiz və ya 61,6 milyon manat üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin iyul ayı ilə müqayisədə avqustda istehsal dəyərində 12,4 faiz və ya 16,7 milyon manat artım qeydə alınıb. Avqust ayında 151,4 milyon manatlıq kimya sənayesi məhsulları istehsal edilib.

Ümumilikdə cari ilin ilk səkkiz ayında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 453,3 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 20,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 6 faiz, əczaçılıq məhsullarının istehsalı isə 2,8 faiz artıb. Kimya sənayesi məhsullarından polietilen istehsalı 34 faiz, etilen istehsalı 33,1 faiz, propilen istehsalı 28,6 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,3 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 31,3 faiz, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 11,2 faiz artıb.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?