14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Nazirlikdın verilən məlumata görə, görüşdə vurğulanıb ki, Türkmənistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin önəmli rolu var. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi-ticarət əlaqələri də genişlənir. Bildirilib ki, ölkələrimizin ortaq fəaliyyəti və iqtisadi sahədə tərəfdaşlığı regionun inkişafına töhfə verir.

Görüşdə iki ölkə arasında energetika, nəqliyyat, investisiya, ticarət, kənd təsərrüfatı, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı imkanları diqqətə çatdırılıb.

Türkmənistana səfər çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayevlə görüşüb. SOCAR-ın nümayəndələrinin də iştirak etdiyi görüşdə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi, potensial layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev arasında keçirilən görüşdə ikitərəfli ticarət dövriyyəsinin artırılması, Komissiyanın növbəti iclasının keçirilməsi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.

Türkmənistana səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Batır Amanov iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivləri, birgə layihələrin reallaşdırılması potensialını nəzərdən keçiriblər. SOCAR-ın nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan və Türkmənistan arasında energetika sahəsində imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə olduğu vurğulanıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?