13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı Gəmiqayırma Zavodunda növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisinə start verilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün növbəti Ro-Pax tipli gəmi-bərə tikiləcək.

Agentlikdən verilən məlumata görə, özünəməxsus unikallığı ilə seçilən bu gəmi-bərənin uzunluğunun 154,5 metr, eninin 17,7 metr, bortunun hündürlüyünün isə 7,5 metr olması nəzərdə tutulub. 30 nəfərlik heyətlə idarə edilən bu gəmi saatda 14 dəniz mili sürətlə hərəkət edə biləcək.

Qısa beynəlxalq səfərlər üçün nəzərdə tutulan gəmi 100 nəfər sərnişin tutumuna malik olmaqla yanaşı, T-1 ölçülü dəmiryolu vaqonlarının (vaqon-çənlər 56 ədəd, yarımvaqonlar 46 ədəd, yük vaqonları 44 ədəd), avtomobillərin və yük maşınlarının (yarımqoşqulu yük avtomobilləri 50 ədəd) daşınması imkanlarına malik olacaq. Gəmi 2600 kVt gücə malik iki ədəd əsas mühərrik, 188 t yük qaldırma qabiliyyətli yük lifti, helikopter meydançası, yan rampa, stabilizator sistemi, iki ədəd dartıcı lokomotivlə təchiz olunacaq.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi