19 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfər edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Nazir Gürcüstanla iqtisadi əlaqələrin müsbət dinamikasını qeyd edib, qarşılıqlı faydalı imkanların dəyərləndirilməsi və reallaşdırılması üçün ticarət, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə potensialı diqqətə çatdırıb.

Qeyd olunub ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Bunun nəticəsidir ki, dövlətlərimiz bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdəndir. Görüşdə Azərbaycan və Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb, bu xüsusda, Orta Dəhlizinin əhəmiyyəti qeyd olunub.

Levan Davitaşvili hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin regional inkişafa xidmət etdiyini vurğulayaraq, tərəfdaşlıq çərçivəsinin genişləndirilməsi üçün potensialı qeyd edib.

Tərəflər iqtisadi əlaqələrin şaxələndirilməsinə xidmət edən qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçiriblər.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?