16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"AzerGold” istiqrazlarının tədavül müddəti yekunlaşıb

“AzerGold” QSC-nin emissiya etdiyi faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazların tədavül müddəti yekunlaşıb.

QSC-dən verilən məlumata görə, yeni mədən layihələrinin icrası ilə bağlı alternativ maliyyə alətlərindən istifadə olunması, ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verilməsi, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanlarının yaradılması məqsədilə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılan “AzerGold” istiqrazları üzrə 200 min ABŞ dolları məbləğində sonuncu, 12-ci kupon ödənişi icra edilib.

Beləliklə, “AzerGold” istiqrazlarının 3 illik tədavül müddəti ərzində rüblük əsasda icra edilən 12 kupon ödənişi nəticəsində 2,4 milyon dollar məbləğində faiz gəlirləri ilə yanaşı, 20 milyon dollar məbləğində əsas vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla, ümumilikdə 22,4 milyon dollar məbləğində vəsaitin investorlar arasında bölüşdürülməsi prosesi başa çatdırılıb.

Xatırladaq ki, nominal dəyəri 100 dollar, ümumi emissiya həcmi 20 milyon dollar olan “AzerGold” istiqrazları iki tranş üzrə olmaqla, 2020-ci ilin 24 sentyabr və 30 noyabr tarixlərində illik 4 faiz kupon dərəcəsi ilə tədavülə buraxılıb. “PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayter qismində çıxış etdiyi və geniş xalq kütləsi üçün nəzərdə tutulan istiqrazların orta gəlirliliyi 3,35 faiz təşkil edib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?