20 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar Küveytdə keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar

Növbəti ilin 4-7 fevral tarixində Küveytdə 14-cü Yaxın Şərq Beynəlxalq İxtiralar Sərgisi (IIFME) keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun məlumatına görə, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunurlar.

Küveyt Elm Klubunun təşkilatçılığı ilə keçiriləcək IIFME 2024 Yaxın Şərqdə ən böyük ixtisaslaşmış ixtira və innovasiyalar sərgisidir və dünyanın ikinci ən əhəmiyyətli beynəlxalq sərgisi hesab olunur. Tədbirdə qalib ixtiraların müəlliflərinə 50 min ABŞ dolları dəyərində mükafat nəzərdə tutulub. Qeyd edək ki, builki sərgi 15 minə yaxın iştirakçı ilə keçirilib.

IIFME 2024 sərgisində iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: [email protected]

Tel.: (+994 12) 598 01 47/48 (daxili 36 29)

Mob.: (+994 50) 739 95 38

Əlaqələndirici şəxs: Sənan Səftərov

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?